Ağ Evdə UFC döyüşü Trampın yubiley günü keçiriləcək


Ultimate Fighting Championship (UFC) döyüşü 14 iyun 2026-cı il tarixində Ağ Evin ərazisində keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Virciniya ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən paradda çıxış edərkən bildirib.
“Gələn il iyunun 14-də biz Ağ Evin ərazisində böyük UFC döyüşü keçirəcəyik”, - Tramp qeyd edib.
Maraqlıdır ki, iyunun 14-də Ağ Ev administrasiyasının rəhbəri həmçinin 80 illik yubileyini qeyd edəcək.
Qeyd edək ki, iyulun 4-də Ayova ştatında keçirilən mitinqdə Tramp 2026-cı ildə Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Ağ Evin ərazisində UFC titulu uğrunda döyüşün keçiriləcəyini açıqlamışdı. O, həmçinin bu tədbiri 20-25 min tamaşaçının iştirak edəcəyi “tammiqyaslı çempionat döyüşü” kimi xarakterizə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top