“Barselona” 4 qol buraxıb məğlub oldu – Video


İspaniya çempionatının 8-ci turunda çempion “Barselona” “Sevilya”nın qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, “kataloniyalılar” 4:1 hesabı ilə uduzublar.
Meydan sahiblərinin heyətində çilili hücumçu Aleksis Sançes, ispaniyalı hücumçu İsaak Romero, ispaniyalı müdafiəçi Xose Anxel Karmona və nigeriyalı hücumçu Akor Adams fərqlənib.
“Barselona”nın ingilis hücumçusu Markus Reşford da La Liqada ilk qolunu vurub.
Qeyd edək ki, “Barselona” 19 xalla ikincidir və lider “Real Madrid”dən 2 xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Top