ABŞ-də hökumətin bağlanması işçilərin kütləvi ixtisarına səbəb ola bilər


Prezident Donald Tramp hökumətin qismən bağlanmasına son qoymaq üçün Demokratlar Partiyası ilə aparılan danışıqların nəticəsiz olacağı qənaətinə gələrsə, ABŞ administrasiyası federal işçilərin kütləvi ixtisarına başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett CNN-ə açıqlamasında bildirib.
Hassett qeyd edib ki, Ağ Evin Büdcə Direktoru Russell Vought və Prezident Tramp vəziyyəti yaxından izləyir və lazım gələrsə tədbir görməyə hazırdırlar. O, bununla belə, danışıqların bərpası və Demokratların kompromisə gəlməsi üçün hələ də ümid olduğunu vurğulayıb.
Hazırda hökumətin bağlanması beşinci gününü tamamlayıb. Demokratlar hökumətin yenidən açılması üçün iki əsas tələb irəli sürürlər: Əlverişli Baxım Aktı çərçivəsində tibbi sığorta üçün vergi kreditlərinin daimi uzadılması və Ağ Evin gələcək razılaşmalarda xərcləri birtərəfli qaydada dəyişdirməyəcəyinə dair yazılı təminat verilməsi.
Hazırda tərəflər arasında qarşıdurmanın həlli istiqamətində irəliləyiş müşahidə edilmir.

DİGƏR XƏBƏRLƏR

Top