Turistlər ən çox nədən narazılıq edirlər? – Siyahı


Bu ilin avqust ayında Azərbaycana gələn turistlərin xidmətlərlə bağlı məmnunluq səviyyəsi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin avqust ayında turizm məqsədilə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən 161 min 784 nəfər göstərilən xidmətləri qənaətbəxş hesab edib.
Eyni zamanda 16 min 892 turist təqdim olunan xidmətlərdən narazı qalıb. Onların fikrincə, bəzi xidmət sahələrində keyfiyyət problemləri müşahidə olunur.
Ən çox narazılıq avtobusla sərnişindaşıma xidmətində qeydə alınıb – 3 min 29 nəfər bu xidməti qənaətbəxş saymayıb.
Bundan başqa, metro xidməti ilə bağlı 1 546 nəfər, taksi xidməti ilə bağlı 2 min 545 nəfər, yerləşmə xidməti ilə bağlı 1 575 nəfər, ictimai iaşə (kafe və restoranlar) xidmətlərindən isə 3 min 204 nəfər narazılıq bildirib.
Eyni zamanda, turagentliklərin xidmətlərindən 605 nəfər, bələdçi xidmətlərindən 1 766 nəfər, digər xidmətlərdən isə 2 min 622 nəfər narazı qalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top