İsrailin hücumu nəticəsində 900 min fələstinli evlərini tərk edib


Qəzzaya edilən hərbi hücumlar nəticəsində təxminən 900 min fələstinli evlərini tərk etməyə məcbur qalıb.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Nazir Qüdsdəki çıxışı zamanı qeyd edib ki, Qəzzanı işğal etmək qərarı, çoxmərtəbəli binaların dağılması və şəhərdə hərbi əməliyyatların intensivliyi bu miqyaslı təxliyəyə səbəb olub. Onun sözlərinə görə, bu vəziyyət Həmasa və onu dəstəkləyən ölkələrə ciddi təzyiq yaradır.
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, avqustda hücumlar başlamazdan əvvəl Qəzza şəhərində və ətraf ərazilərdə bir milyona yaxın insan yaşayırdı.

DİGƏR XƏBƏRLƏR

Top