Putin gələn həftə Tacikistana səfər edəcək – MDB dövlətlərinin başçıları da gələcək


Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitində iştirak etmək üçün gələn həftə Tacikistana səfər edəcək.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, Tacikistanda Vladimir Putin ölkə Prezidenti Emoməli Rəhmonla görüşəcək.
Qeyd olunur ki, MDB-nin digər rəhbərləri ilə də görüşlər nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçılarının Sammiti keçiriləcək. Rusiya Prezidentin Tacikistana dəqiq nə vaxt səfər edəcəyi və orada nə qədər qalacağı barədə məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top