Qəzzada ölənlərin sayı 70 minə yaxınlaşır


Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 65 meyit və 153 yaralı gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 13 min 549 fələstinli həyatını itirib, 57 min 542 nəfər yaralanıb.
“İsrailin Qəzza zolağına 7 oktyabr 2023-dən bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 67 min 139-a, yaralıların sayının isə 169 min 583-ə yüksəlib”, - Nazirliyin məlumatında deyilir.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top