“İran ilə MAQATE arasında əldə olunan razılaşma artıq qüvvədə deyil”


İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, BMT tərəfindən Tehrana qarşı sanksiyaların bərpasına – “Snapback” mexanizminin işə salınmasına görə Tehran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əldə olunmuş Qahirə razılaşması artıq qüvvədə deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.
İranlı diplomat bu bəyanatı bazar günü səhər Tehranda səfirlər, işlər üzrə müvəqqəti vəkillər, xarici və beynəlxalq nümayəndəliklərin rəhbərləri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Əraqçi bildirib ki, İran ardıcıl şəkildə ədalətli və balanslaşdırılmış diplomatik həll yollarına can atıb, lakin Qərb ölkələri bu səyləri şişirdilmiş və əsassız tələblərə görə rədd ediblər.
O vurğulayıb ki, əvvəlki hədələr, o cümlədən hərbi əməliyyatlar və Avropa ölkələrinin göstərdiyi təzyiqlər heç bir nəticə verməyib və yalnız danışıqlar prosesini çətinləşdirib.
Qeyd edək ki,”Snapback” mexanizmi Avropa üçlüyü – Fransa, Böyük Britaniya və Almaniya tərəfindən irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top