Ukrayna növbəti kütləvi hücuma məruz qalıb – Ölən var


Rusiya qüvvələri Ukraynaya raket və pilotsuz təyyarələrlə növbəti kütləvi hücuma keçib.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücum gecə yarısından sonra başlayıb.
“Ukraynanın əksər ərazilərində hava hücumu elan edilib və bu, vətəndaşları sığınacaq axtarmağa məcbur edib. Oktyabrın 5-də səhər saatlarında Zaporojye şəhərində qurbanın olduğu məlum olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum pilotsuz təyyarələr və hava bombaları ilə həyata keçirilib. Şəhərin üç rayonunda müxtəlif infrastrukturlara ziyan dəyib”, - UNIAN yazır.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, azı 1 nəfər həlak olub, 9 nəfər yaralanıb:
“8 çoxmənzilli binaya və eyni sayda fərdi yaşayış evinə ziyan dəyib. Bir yaşayış binası qismən dağılıb. Digər binalara da ziyan dəyib. 67 mindən çox abonent işıqsız qalıb”.

DİGƏR XƏBƏRLƏR

Top