
“ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planına müsbət cavab verən HƏMAS hərəkatı regionda sülhü təmin etməyə hazır olduğunu nümayiş etdirib”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bir neçə yaşayış layihəsinin açılış mərasimində çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, HƏMAS-ın Trampın sülh planına verdiyi cavabından məmnundur:
“HƏMAS əvvəlki kimi sülhə hazır olduğunu nümayiş etdirdi. Bunun sayəsində bölgəmizdə davamlı sülhə nail olmaq üçün bir fürsət pəncərəsi açıldı. Biz humanitar yardımdan diplomatiyaya qədər bütün mövcud resurslardan istifadə edərək Qəzzada soyqırımına son qoymaq üçün səylər göstəririk. Məqsədimiz Qəzzadakı qardaşlarımıza ən qısa zamanda sülh və əmin-amanlıq gətirməkdir. Günahsız insanların itkisinin qarşısını almaq və Qəzza uşaqlarının gülümsəməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik”.