Pentaqon 300 ədəd ən yeni F-35-ləri alacaq


Pentaqon və “Lockheed Martin” ən son beşinci nəsil F-35 qırıcılarının təxminən 300-ün alınması üçün müqavilə imzaladılar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Bildirilib ki, müqavilənin dəyəri 12,5 milyard dollardır. 18-ci və 19-cu çatdırılmaların hər birində 148 təyyarənin alınması planlaşdırılır. Döyüş təyyarələrinin tədarükü 2026-cı ildə başlayacaq. Şirkətin fikrincə, təyyarələrin qiymət artımı ABŞ-dakı inflyasiya tempindən aşağı olacaq.
Sentyabrda nəşr yazıb ki, “Anduril” oktyabrın ortalarında F-35 və F-47 döyüş təyyarələri üçün YFQ-44A yarımavtonom qanadlı pilotsuz təyyarənin uçuş sınaqlarını keçirməyə hazırlaşır.
 

DİGƏR XƏBƏRLƏR

Top