
ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın Qəzzaya dair təklif etdiyi sülh planını bazar gününə qədər qəbul etməli olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Trampın elan etdiyi son tarix 5 oktyabr saat 18:00-dır.
Tramp bəyan edib ki, Yaxın Şərqdə sülh bu və ya digər şəkildə baş verəcək və razılaşma rədd edilərsə, HƏMAS heç kimin görmədiyi cəhənnəmə məhkum olacaq.
Xatırladaq ki, sentyabrın 29-da İsrail və HƏMAS arasında müharibəyə son qoymaq planını açıqlayıb. Bu plan Qəzza zolağında müvəqqəti xarici idarəetmənin tətbiqini və İsrail qoşunlarının mərhələli şəkildə çıxarılmasını tələb edir. HƏMAS-dan girovları azad etmələri və ölənlərin cəsədlərini İsrailə təhvil vermələri tələb olunacaq. Onun yaraqlıları amnistiya alacaqlar. İsrail 7 oktyabr 2023-cü ildən həbsdə olan 50 ömürlük məhbusu və 1700 qəzzalını azad edəcək.
Trampın planı İsrail, Türkiyə, Qətər və regionun digər ölkələri tərəfindən rəsmən dəstəklənib.