Ukrayna müharibəsində ən çox Başqırdıstan və Tatarıstandan olanlar ölüb


Fevralın 24-də Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya tərəfində həlak olanların sayı 134 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC və “Mediazona” birlikdə məlumat yayıb.
Bildirilib ki, söhbət ictimai mənbələr vasitəsilə yayılan rəsmi xəbərlər, nekroloqlar, hərbi məzarlarla bağlı araşdırmalar əsasında jurnalistlər və könüllülər tərəfindən ad və soyadları müəyyən edilənlərdən gedir.
Bu gün, oktyabrın 3-də dərc edilən yenilənmiş məlumatlara əsasən, müharibədə həlak olan 134 min 125 nəfərin şəxsiyyəti müəyyən edilib. 2025-ci il sentyabrın 19-dan oktyabrın 3-dək bu siyahı 1008 ad və soyad əlavə olunub.
Ölənlərin 54%-i könüllülər, çağırışçılar və Ukraynaya geniş miqyaslı işğaldan əvvəl Rusiya ordusu ilə heç bir əlaqəsi olmayan azad edilmiş məhbuslardır.
Rusiyanın regionlarına görə ölümlərin ən böyük payı Başqırdıstan və Tatarıstanın payına düşüb.
Jurnalistlərin araşdırmasına görə, Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 5847 zabiti, o cümlədən 12 general və 150 ​​polkovniki həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top