İngiltərə kilsəsinə ilk dəfə qadın rəhbərlik edəcək


İngiltərə Kilsəsinin 1400 ildən çox tarixində ilk dəfə qadın Kenterberrinin arxiyepiskopu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ilk qadın arxiyepiskop Sara Mallalli əvvəllər London yepiskopu vəzifəsini icra edib. Bu, İngiltərə Kilsəsində Kenterberri və York arxiyepiskoplarından sonra üçüncü ən yüksək yepiskop rütbəsidir.
Ruhani olmasından əvvəl Mallalli Londonda xəstəxanalarda tibb bacısı kimi çalışıb və sonradan İngiltərənin baş tibb bacısı və Milli Səhiyyə Xidmətində pasiyent təcrübəsi üzrə direktor vəzifələrində işləyib.
Arxiyepiskop kimi Mallalli bütün dünyada Anqlikan Birliyinin ruhani rəhbəri olacaq. Onun arxiyepiskopluğu təxminən 85 milyon mömini əhatə edəcək.
Təyinat artıq kral ailəsi tərəfindən imzalanıb. O, rəsmi mərasimdən sonra vəzifəsinin icrasına başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top