“Bitcoin”in qiyməti avqustun 14-dən bəri ilk dəfə 120 min dolları keçdi


Bitkoinin qiyməti 14 avqust 2025-ci ildən bəri ilk dəfə ticarət zamanı 120 mini dolları ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması  məlumat yayıb.
Bildirilib ki, 20:11-ə olan məlumata görə, “Bitcoin” 2,03% bahalaşaraq 120 095 dollar təşkil edib.
20 dəqiqə sonra bitkoinin artımı yavaşladı və 120 001 dollara (1,83% artım) düşdü.
“Coinmarketcap”in məlumatına görə, 2 oktyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 4,13 trilyon dollar təşkil edib ki, bunun da “Bitcoin”in payı 2,395 trilyon dollar (58,1%) təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top