“İranın paytaxtı köçürülməlidir” − Pezeşkian


“İranın paytaxtının köçürülməsi seçim deyil, zərurətdir”.
Yeniavaz.com
“Donya E”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian Hörmüzqan vilayətində sərmayədarlar və iqtisadi fəallarla görüşündə İranın ali dini lideri ilə görüşlərindən birini şərh edərkən bildirib.
“Həmin görüşdə mən paytaxtın Fars körfəzinə köçürülməsini təklif etdim. Bu məsələ mediada müzakirə mövzusuna çevriləndə bəziləri bunu tənqid etdi, lakin bu gün problemləri görərək anlayırıq ki, bu təklif seçim deyil, zərurətdir", - Pezeşkian bildirib.
O, əlavə edib ki, hakimiyyət əyalətdə səy və fəaliyyətə yol açmaq üçün istər səlahiyyət, istərsə də dəstək baxımından mümkün olan hər şeyi edəcək:
“Biz səlahiyyətləri mərkəzdən bölgələrə ötürmək qərarına gəldik, çünki artıq paytaxtda bir neçə nəfərin oturub ölkənin müxtəlif bölgələri üçün qərar qəbul etməsi istəmirik. Səlahiyyət məsələnin aid olduğu bölgəyə verilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top