Tramp “dörd həftədən sonra” Si Cinpinlə görüşəcək


ABŞ Prezidenti Donald Tramp Çinə soya tədarükünü müzakirə etmək üçün dörd həftə ərzində Çin Prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Mən dörd həftə sonra Çin Prezidenti Si Cinpinlə görüşəcəyəm və soya ixracı əsas müzakirə mövzularından biri olacaq”, - Tramp qeyd edib.
O, həmçinin ABŞ-nin keçmiş prezidenti Co Baydenin Çinin ABŞ-dən milyardlarla dollar dəyərində kənd təsərrüfatı məhsullarını almasını tələb edən müqaviləyə əməl etmədiyini bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl 31 oktyabr-1 noyabr tarixlərində Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Si Cinpinlə görüşməyə planlaşdırdığını açıqlamışdı. O, həmçinin 2026-cı ilin əvvəlində Çinə səfər etməyi planlaşdırdığını da qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top