
ABŞ-nin “S&P Global Mobility” analitik şirkəti ABŞ siyahıyaalınmasından əldə edilən gəlir məlumatlarını avtomobillərin qeydiyyat məlumatları ilə birləşdirib.
Yeniavaz.com “Naked Science” portalına istinadla xəbər verir ki, bundan məqsəd illik gəliri 500 000 dolları keçən insanlar arasında ən populyar avtomobil markalarının siyahısını tərtib etmək olub.
“S&P Global Mobility”in məlumatına görə, “Tesla” varlı amerikalılar arasında ən populyar brend olub.
Belə ki, “Tesla” varlı amerikalılar arasında yeni avtomobil qeydiyyatı 19,3% təşkil edib.
Bu, çox güman ki, “Tesla”nın texnologiya və performansın birləşməsindən qaynaqlanır ki, bu da innovasiyalara üstünlük verən varlı alıcıları daha çox cəlb edir.
“Toyota” və “Ford” kimi brendlərin də varlı amerikalılar arasında çox populyar olduğiu məlum olub.
Belə ki, bu markalar daha praktiki və etibarlıdır, eyni zamanda texniki qulluq baxımından ən ucuz hesab olunur.