
SOCAR ilə SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilir ki, layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq.
Məlumat üçün bildirək ki, SLB şirkəti (keçmiş adı “Schlumberger”) dünyanın ən böyük neft şirkətlərindən biri hesab olunur. Şirkət ötən əsrin əvvəllərində Fransada Konrad və Marsel Şlumberqer qardaşları tərəfindən qoyulub. Hazırda şirkətin əsas əməliyyat mərkəzləri Hyuston, Paris, London və Haaqada yerləşir. Şirkət Niderlandın Antil adalarında (ofşor zonada) qeydiyyata alınıb.
Onu da qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yatağı “Bahar Energy Operating Company Limited” şirkəti tərəfindən istismar olunur. Bu şirkətin payçıları isə SOCAR və “BAHAR ENERGY LİMİTED” şirkətidir.
Elnur Əli