
İsrail ordusu dəniz blokadasını qırmaq və Qəzzaya humanitar yardım çatdırmaq istəyən 50-dən çox kiçik qayıqdan ibarət beynəlxalq təşəbbüs olan Qlobal Sumud Donanmasına qarşı əməliyyat keçirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, tanınmış iqlim aktivisti Qreta Tunberq də daxil olmaqla onlarla şəxsin saxlanıldığı bildirilir.
Türkiyə mətbuatı yazır ki, 19 qayıqda əməliyyat keçirilib və 24-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə, 201 nəfər saxlanılıb.
İstanbul Baş Prokurorluğu, İsrail əsgərlərinin Qlobal Sumud Donanmasına təşkil etdiyi basqınlarla bağlı “azadlıqdan məhrumetmə”, “nəqliyyat vasitələrini qaçırma və ya saxlama”, “talançılıq”, “mal-mülkə ziyan vurma” maddələri ilə cibayət işi açıb.