Azərbaycan vətəndaşlarının 76%-i 4 ölkəyə səfər edib


Bu ilin yanvar–avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,7% azalaraq 1 milyon 419,2 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Gürcüstana gedənlərin sayı 23,7%, İrana gedənlərin sayı 1,5% artıb, Rusiyaya gedənlərin sayı 30%, Türkiyəyə gedənlərin sayı isə 4,4% azalıb. Azərbaycan vətəndaşlarının 41,9%-i Türkiyəyə, 14,8%-i Rusiyaya, 11%-i Gürcüstana, 8,8%-i İrana, 23,5%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 63,6%-ni kişilər, 36,4%-ni qadınlar təşkil edib.
Xarici səfərlərdə nəqliyyat vasitələrinin payı isə belə olub: 70,5%-i hava, 27,5%-i dəmir yolu və avtomobil, 2%-i isə dəniz nəqliyyatı.

DİGƏR XƏBƏRLƏR

Top