Bu il 389 min əcnəbi Azərbaycana quru yolla daxil olub


Bu ilin yanvar–avqust aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 720,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır.
Gələnlərin 25,5%-i Rusiya, 16,9%-i Türkiyə, 7,8%-i İran, 7,3%-i Hindistan, 4,6%-i Səudiyyə Ərəbistanı, 4,1%-i Gürcüstan, 4%-i Qazaxıstan, 3,4%-i Pakistan, 2,4%-i Çin, 2,2%-i Özbəkistan, 2,1%-i İsrail, 1,8%-i BƏƏ, 1,4%-i Ukrayna, hər birindən 1,2%-i olmaqla Türkmənistan və Küveyt, 1%-i Belarus, 13,1%-i isə digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,2%-ni kişilər, 33,8%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən 1,7 dəfə, Yaponiyadan və Çindən hər biri üzrə 1,5 dəfə artıb. İordaniyadan gələnlərin sayı 48,7%, Qırğızıstandan 32,9%, Özbəkistandan 27,8%, Qazaxıstandan 19,4%, Pakistandan 17,2%, Kanadadan 17,1%, Niderlanddan 16,5%, Almaniyadan 15%, ABŞ-dan 14,5%, İtaliyadan 12,7%, Böyük Britaniyadan isə 10,6% çox olub.
2024-cü ilin yanvar–avqust ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7,5% artaraq 73 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3% azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1% azalaraq 600,9 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 3,5% artaraq 758,8 min nəfər təşkil edib.
Ölkəmizə gələnlərin 76%-i (1 milyon 307,6 min nəfər) hava, 22,6%-i (388,8 min nəfər) dəmir yolu və avtomobil, 1,4%-i (24,1 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top