Mingəçevir Dövlət Universiteti Beynəlxalq Kitab Sərgisində iştirak edir


1-7 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı EXPO Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Dövlət Universiteti də sərgidə iştirak edir.
Bu barədə rektor Anar Eminov öz sosial şəbəkə səhifəsində məlumat dərc edib.
“MDU olaraq, ölkənin kitab sənayesində ən nüfuzlu tədbirlərindən biri sayılan sərgidə fəal iştirak edirik.
Sərgidə universitetin elmi nəşrləri, müəllim və tələbələrin qələmə aldıqları kitab və məqalələr təqdim olunur, həmçinin MDU-nun tələbələri tərəfindən ziyarətçilərə universitetin akademik mühiti, tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlığı barədə məlumat verilir.
Dəyərli millət vəkilləri, dövlət rəsmiləri və ümumilikdə sərgi iştirakçıları tərəfindən MDU-nun stendinə göstərilən diqqət və maraq yüksək olub.
Sərgini ziyarət edərək təşkilatçılara, universiteti təmsil edən əməkdaşlarımıza və ziyarətçilərə uğurlar arzuladıq.
Nüfuzlu sərginin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə, xüsusilə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - A. Eminov bildirib.
Qeyd edək ki, 7 gün davam edəcək sərgidə 23 dövlətdən 68 xarici təşkilat, eləcə də 123 yerli nəşriyyat, poliqrafiya və ali təhsil müəssisəsinin iştirakı gözlənilir.



DİGƏR XƏBƏRLƏR

Top