Rusiyanın ən zənginləri ilin əvvəlindən 20 milyard dollar qazanıblar


Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2025-ci ilin əvvəlindən bəri 19,7 milyard dollara yaxın artıb.
Yeniavaz.com
“Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, ən böyük artım “Telegram”ın həmtəsisçisi Pavel Durova məxsusdur.
O, bu müddət ərzində 4,82 milyard dollar qazanaraq sərvətini 15,8 milyard dollara çatdırıb. Durov siyahıda ən sürətli yüksəliş edən iş adamı olub.
Metallurgiya nəhənglərinin sahibləri də əhəmiyyətli gəlir əldə ediblər. “Severstal”ın təsisçisi Aleksey Mordaşov 3,41 milyard dollar qazanaraq sərvətini 26,6 milyard dollara yüksəldib. “Metalloinvest”in səhmdarı Əlişir Usmanov isə sərvətinə 3,22 milyard dollar əlavə edib və onun sərvəti 16,4 milyard dollara çatıb.
Ən böyük itki isə NLMK şirkətinin sədri Vladimir Lisinə məxsusdur. Onun sərvəti 3,17 milyard dollar azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top