
Pentaqon katibi Pit Heqset ABŞ-dən və dünyanın hər yerindən təcili olaraq Vaşinqtona çağırılan yüzlərlə amerikalı general və admiralla görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Görüşdə Heqset ordunun inkişafı ilə bağlı fikirlərini açıqlayıb. Xüsusilə, o, hərbçilərdən “yalnız ən yüksək kişi standartlarına” cavab vermələrinin tələb olunacağını bəyan edərək, inklüzivliyi təmin etmək üçün səyləri dayandıracağını vəd edib.
Heqset həmçinin fiziki hazırlığa əsaslanan seçim meyarlarını bərpa edəcəyini və görünüş tələblərini sərtləşdirəcəyini vəd edib:
“Pentaqonda artıq çəkili generalları və admiralları görmək qəbuledilməzdir”.
Heqset həmçinin bildirib ki, Pentaqonun yeganə məqsədi müharibə aparmaq, müharibəyə hazırlaşmaq və qalib gəlməyə hazırlaşmaqdır:
“Müharibə istədiyimiz üçün yox. Burada heç kim müharibə istəmir. Sülhü sevdiyimiz üçün”.
Heqset onun mövqeyi ilə razılaşmayan bütün generallardan istefa məktubları təqdim etmələrini xahiş edib.