“Reebok” “PlayStation” temalı idman ayaqqabıları buraxdı


“Reebok” brendin 30 illik yubileyini qeyd etmək üçün “PlayStation” temalı idman ayaqqabıları buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Press Start” nəşri məlumat yayıb.
Məlumata görə, idman ayaqqabısı kolleksiyası “PlayStation x Reebok 30th Anniversary” adlanır.
Bu modellər orijinal “PlayStation 1” konsolunun görünüşünü təqlid edən məhdud buraxılışlı unikal qablaşdırmada təqdim olunur.
Yeni seriyada üç fərqli idman ayaqqabısı modeli var. “InstaPump Fury '94” modeli Yaponiya, “Pump Omni Zone II” modeli ABŞ, “Workout Plus” modeli isə Böyük Britaniya üçün nəzərdə tutulur.
Hər bir ayaqqabı cütü oyun dünyasına istinad edən çoxlu sayda kiçik detallar, o cümlədən ayaqqabı bağlarının bağlanması üçün element kimi istifadə olunan “PlayStation” konnektoru ilə bəzədilib.
İdman ayaqqabılarının nə vaxt satışa çıxarılacağı və hansı qiymətə satılacağı barədə heç bir məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top