
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil çimərliyində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, tikinti sahəsi 82,5 kvadratmetr olan bina 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 18 sentyabr 2025-ci il tarixli 09180 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi “Gilan” MMC (VÖEN – 1500032071) olub.
Nizamnamə kapitalı 10 manat olan “Gilan” MMC 10 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Keşlə Stansiyası, ev Yataqxana 2-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Zülfiqar Feyruz oğludur.
Onu da qeyd edək ki, hazırda “Gilan” MMC-nin dövlət büdcəsinə 39 min 199 manat 49 qəpik vergi borcu var.
Murad Məmmədov