
Məlum olduğu kimi, 1 iyul 2025-ci il tarixindən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64,5 olub.
Yeniavaz.com xəbər verir ki, son 12 ildə Azərbaycanda qadınların pensiya yaşı 5 il artırılıb.
Qeyd edək ki, 12 il əvvəl – 2014-cü ildə Azərbaycanda qadınlar pensiyaya 59,5 yaşında çıxıblar.
Müqayisə üçün bildirək ki, keçmiş SSRİ və region ölkələrinin heç birində qadınların pensiya yaşı Azərbaycandakı qədər artırılmayıb. Azərbaycandan sonra ən yüksək artım Moldovada olub. 12 il əvvəl Moldovada qadınların pensiya yaşı 57 olduğu halda, bu il 61,5 yaşa qaldırılıb. Ümumilikdə isə keçmiş SSRİ və region ölkələrinin 8-də qadınların pensiya yaşı dəyşdirilməyib.
Cədvəldə 2014-2025-ci illərdə keçmiş SSRİ və region ölkələrində qadınların pensiya yaşı göstərilib:

Elnur Əli