
“Ukrayna müstəqil və suveren ölkə deyil, çünki o, tamamilə Qərb ölkələrindən asılıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu “Harcosok órája” podkastına danışarkən Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, Avropa İttifaqı və NATO-nun dəstəyi olmasa, Ukrayna artıq bitəcəkdi.
Qeyd edək ki, Kiyev etdiyi Macarıstan pilotsuz təyyarələrinin Ukrayna hava məkanını pozduğunu iddia edir. Bu iddia Macarıstan və Ukrayna arasında hələ də davam edən mübahisə başladıb.
Orban bunun baş vermədiyini, amma həqiqət olsa belə, bunun heç bir əhəmiyyəti olmayacağını deyib:
“Deyək ki, onlar bir neçə metr uçdular, aha, nə olsun? Ukrayna müstəqil, suveren ölkə deyil. Bizim dəstəyimizlə mövcuddurlar. Suveren kimi davranmamalıdırlar”.
Macarıstanın baş naziri Ukraynanın tamamilə Qərbin maliyyə dəstəyindən asılı olduğunu bildirib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiq isə qeyd edib ki, Orban faktiki olaraq Macarıstan pilotsuz təyyarələrinin Ukrayna ərazisinə uçduğunu etiraf edib. O, Orbanın Rusiya təbliğatının təsiri altında qaldığını deyib və bunun mənfi hal olduğunu qeyd edib.
“Orban ABŞ prezidenti Donald Tramp və avropalı tərəfdaşların dəfələrlə vurğuladığı kimi, Rusiya enerjisindən asılılıqdan qurtulduqdan sonra suverenlikdən danışmalıdır”.