
İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Bildirilib ki, Netanyahu Əl-Tanidən telefon danışığında sentyabrın 9-da Dohada HƏMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.
Telekanalın məlumatına görə, İsrailin Baş naziri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib. Qeyd edilib ki, söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib.