Hansı ölkədə daha çox sənaye robotu var? – Açıqlandı


Keçən il dünyadakı 542 min yeni sənaye robotundan 54%-i (295 mini)  Çində qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyası (IFR) məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə sənaye robotlarının sayı 2015-ci illə müqayisədə iki dəfə artıb. Belə ki, həmin il 254 min sənaye robotu qeydə alınıb.
IFR-in hesablamalarına görə, keçən il robotların 74%-i Asiya, 16%-i Avropa, 9%-i isə Şimali və Cənubi Amerikanın payına düşüb.
IFR bu il sənaye robotlarının 6% artacağını (575 min) və 2028-ci ildə bu rəqəmin 700 mini keçəcəyini proqnozlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top