Suriyada Çin istehsalı olan iri qaçaqmal silahlar tapılıb


Suriya hökuməti Livana göndərilən indiyədək ən böyük silah qaçaqmalçılığı partiyasını ələ keçirib.
Yeniavaz.com
“Militrany” portalına istinadən xəbər verir ki, göndərişə Çin istehsalı silahlar daxildir.
Hərbi müşahidəçi Qalaat Al Mudiqin açıqlamasına əsasən, Suriya Daxili İşlər Nazirliyi 200 ədəd BM-21 Qrad reaktiv yaylım atəşi sistemini Homs əyalətinin cənub-qərbində yerləşən Qusair bölgəsində aşkarlayaraq müsadirə edib. Rəsmi məlumata görə, hazırkı Suriya hökuməti bu tip raketlərdən istifadə etmir.
Raketlərlə yanaşı, üzərində 1991-ci il istehsal tarixi olan Çin istehsalı MJ-4 detonatorları da tapılıb. Ekspertlər silahların Bəşər Əsəd rejiminin köhnə arsenallarının qalığı ola biləcəyini istisna etmirlər. Lakin uzun illər davam edən vətəndaş müharibəsi fonunda belə böyük miqdarda raketin gizlədilməsi real sayılmır. Daha çox ehtimal olunan versiya silahların qaçaqmalçılıq yolu ilə Suriyaya gətirilməsi və sonradan terrorçu qruplara ötürülməsidir.
Qeyd edək ki, Suriyada son aylarda sursat anbarlarında bir neçə partlayış qeydə alınıb. İyulun 22-də İdlibdə, iyulun 23-də isə Homs yaxınlığında ordunun anbarları partlayıb. Rəsmi açıqlamalara görə, bu, sursatla ehtiyatsız davranış nəticəsində baş verə bilər, lakin düşmən silahlı qrupların və ya İsrailin təxribatı da istisna edilmir.
Xatırladaq ki, Suriyanın yeni hökuməti keçmiş diktator Bəşər Əsədin həbsinə order verib. O, qətl və işgəncələr də daxil olmaqla ağır cinayətlərdə ittiham olunur və hazırda Rusiyada gizləndiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top