Harri Keyn “Real Madrid” və ya “Barselona” ya keçə bilər − KİV


“Bavariya”nın mərkəz hücumçusu Harri Keyn komandadan ayrıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı ingilis futbolçunun müqaviləsində 2026-cı ilin yayında ayrılmaq istəyəcəyi təqdirdə 68 milyon avro alacağı maddəsi var.
“Real Madrid” və “Barselona”nın bu yay Harrini transfer etməyi ciddi şəkildə düşündüyü bildirilir.
Xatırladaq ki, Keyn “Bavariya”nın heyətində 104 matçda 100 qol vurub ki, bu da 21-ci əsrin rekordu olub. O, dünən, sentyabrın 26-da “Verder Bremen”ə qarşı 100-cü qolunu vurub. Bu mövsüm Keyn bütün yarışlarda klub üçün 7 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top