
Pentaqon ABŞ Silahlı Qüvvələrinin Amerika təyyarə istehsalçısı “Sikorsky Aircraft”la 10,34 milyard dollarlıq müqavilə imzaladığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, müqavilə dəniz piyadaları üçün 92 ədəd “Sikorsky CH-53K King Stallion” ağır nəqliyyat və yük helikopterlərinin istehsalını nəzərdə tutur.