
Türkiyənin “Fənərbağça” klubunun rəhbərliyi baş məşqçi Domeniko Tedeskonu istefaya göndərə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.
“Fənərbağça” Tedeskonun rəhbərliyi altında keçirdiyi 4 matçdan yalnız birində qalib gəlib və Avropa Liqasında Zaqreb “Dinamo”suna 3:1 hesablı məğlubiyyətdən sonra Türkiyə klubunun idarə heyəti növbədənkənar iclas keçirib. Mənbənin sözlərinə görə, Domenikoya ultimatum verilib: ya komanda növbəti üç matçda qalib gələcək, ya da o, qovulacaq.
“Fənərbaxça” oktyabrda beynəlxalq fasilədən əvvəl “Antalyaspor”, “Samsunspor” və “Nitsa” ilə qarşılaşacaq.