
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün bərpası haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənədin mətni Ağ Evin saytında yerləşdirilib.
“The Guardian” yazır ki, Tramp bu tədbirin bütün qatillərə şamil ediləcəyini vəd edərək, bunu effektiv çəkindirmə vasitəsi adlandırıb.
Qeyd edək ki, ABŞ paytaxtında sonuncu edam 1957-ci ildə həyata keçirilib. 1981-ci ildə Vaşinqton Şəhər Şurası şəhərdə ölüm hökmünü tamamilə ləğv edib. Tramp Kolumbiya dairəsinin xüsusi statusu və federal nəzarəti sayəsində şuranın qərarını ləğv edə bilib. ABŞ Prokurorluğu və ABŞ Ədliyyə Departamenti prezidentin paytaxtda ölüm hökmünün bərpası haqqında sərəncamının icrasına cavabdeh olacaq.
Trampın qərarını tənqid edənlər qeyd edirlər ki, münsiflər məhkəmənin bütün mərhələlərində qaradərili müttəhimlərə qarşı qərəzli mövqe tuturlar. Ölüm cəzası məlumat mərkəzinin məlumatına görə, son 50 ildə ABŞ-də edamlardan sonra 200 nəfər bəraət qazanıb. Onlardan 108-i qaradərili idi.
ABŞ-də ölüm hökmü 50 ştatdan 27-də qüvvədədir. Ən çox cənubda - Utah, Arizona, Florida və digər 13 ştatda istifadə olunur. Altı ştat qanuni olaraq ölüm cəzasına icazə verir, lakin buna moratorium qoyur.