“Macarıstanın kəşfiyyat təyyarələri Ukrayna hava məkanını pozub” − Zelenski


“Macarıstan sərhədindən kəşfiyyat xarakterli pilotsuz təyyarələr Ukrayna ərazisinə daxil olub”.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat yayıb.
Zelenski hərbçilərlə görüşdən sonra deyib:
“Onlar Ukrayna ilə sərhəd bölgələrində sənaye potensialı ilə bağlı ilkin kəşfiyyat aparıblar”.
Macarıstanın xarici işlər naziri Peter Siyarto buna cavab olaraq bildirib ki, Zelenski anti-macar əhval-ruhiyyəsi ilə dəli olmağa başlayıb.
Qeyd edək ki, bütün Aİ üzvləri arasında Macarıstan Rusiya-Ukrayna müharibəsində ən çox rusiyayönlü mövqe tutur. Budapeşt müntəzəm olaraq Aİ sanksiyalarını bloklamaqla hədələyir və Rusiya neftini almağa davam edir.Bu fonda Macarıstan və Ukrayna arasında münasibətlər son bir neçə ildə gərgin olaraq qalır. Hər iki tərəfin siyasətçiləri və diplomatları vaxtaşırı bir-birlərinə qarşı sərt bəyanatlar verirlər.

DİGƏR XƏBƏRLƏR

Top