
İsrailin Fələstin sektorunda hərbi əməliyyatlara başladığı gündən bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində 250-dən çox media işçisi öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatı “Telegram” kanalında bəyanat yayıb.
“Qəzza müharibəsi başlayandan bəri 251 jurnalistin ölümü İsrail işğalçı hökuməti tərəfindən bütün beynəlxalq qanunları, normaları və konvensiyaları pozaraq bütün dünyanın gözü qarşısında törədilən cinayətdir”, - sənəddə bildirilib.
Bəyanata əsasən, HƏMAS dünya üzrə jurnalist cəmiyyətləri və təşkilatlarına müraciət edərək, fələstinli jurnalistlərlə həmrəyliklərini gücləndirməyə, digər tərəfdən beynəlxalq media nümayəndələrinin Qəzza zolağına səfər etmələri, Fələstin xalqının faciəsini öz gözləri ilə görmələri və anklavdakı vəziyyətlə bağlı bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaları üçün İsrail hakimiyyətinə təzyiqlərinı artırmağa çağırıb.