Ermənistanda etiraz aksiyası: Paşinyanın istefası istənilir


Ermənistan parlamentinin binası qarşısında Baş nazir Nikol Paşinyanın impiçment yolu ilə istefasını tələb edən etiraz aksiyası keçirilir.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, etiraz aksiyası ilə paralel parlamentdə müxalif “Mənim şərəfim var” fraksiyasının təqdim etdiyi layihə ilə bağlı parlament dinləmələri keçirilir.
Aksiya ilə əlaqədar parlament binasına polis qüvvələri cəlb edilib.
Mitinqdə Vanadzorun keçmiş meri Mamikon Aslanyan da iştirak edib. Jurnalistlərlə söhbətində o qeyd edib ki, impiçment parlamentli dövlətlərə xas bir vasitədir və nəticəsindən asılı olmayaraq istifadə edilməlidir.
Aksiya davam edir və növbəti addımlar parlament dinləmələri başa çatdıqdan sonra məlum olacaq.
Qeyd edək ki, impiçment ideyası “Mənim şərəfim var” fraksiyasına məxsusdur və parlamentin ən böyük müxalifət qüvvəsi olan “Ermənistan” fraksiyası artıq bu təşəbbüsü dəstəklədiyini bəyan edib.
Hazırkı baş nazirə etimadsızlıq səsverməsi Milli Assambleyada yalnız ən azı 36 üzv prosesin başlanması üçün tələb olunan imzaları təqdim etdikdə müzakirə edilə bilər.
Prosesin uğur qazanması üçün isə minimum 54 səs (sadə səs çoxluğu) lazımdır.
Xatırladaq ki, yeni hökumətin formalaşacağı parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top