Çindən 4 manata gətirilən şabalıd marketlərdə 11 manatdan baha satılır


Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 006 ton qabıqlı şabalıd idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan şabalıdın 1 kiloqramının orta gömrük dəyəri 2,3 dollar (3,9 manat) olub.
Qeyd edək ki, idxal olunan şabalıdın 96%-i və ya 968 tonu Çindən gətirilib. Çindən başqa 38,2 ton şabalıd da Gürcüstandan idxal olunub. Gürcüstandan gətirilən şabalıdın 1 kiloqramının orta gömrük dəyəri isə 2 dollar (3,4 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə şabalıd idxalı 44% və ya 308 ton artıb. İdxal olunan şabalıdın 1 kiloqramının orta gömrük dəyəri isə ötən il 2,1 dollar (3,6 manat) olub.
Onu da qeyd edək ki, xaricdən idxal olunan şabalıdın 1 kiloqramının orta satış qiyməti avqust ayında marketlərdə 11,14 manat təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal şabalıd marketlərdə gömrük dəyərindən (ölkəyə daxil olma qiyməti) 2,8 dəfə baha satılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top