
Məlum olduğu kimi, meşə fındığı qeyri-neft sektorunda Azərbaycanın ən çox ixrac etdiyi məhsullar arasında yer alır.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 7 ayında Azərbaycan 82 milyon dollar dəyərində meşə fındığı ixrac edib.
Qeyd edək ki, meşə fındığı ixrac olunan qeyri-neft məhsulları arasında 5-ci sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, ixracla bərabər Azərbaycan xarici ölkələrdən də meşə fındığı idxal edib. Bu ilin ilk 7 ayında Azərbaycana 21,98 ton qabıqlı meşə fındığı idxal edilib. İdxal olunan fındığın 1 kiloqramının orta gömrük dəyəri 3,4 dollar (6,1 manat) olub.
Onu da qeyd edək ki, rəsmi qurumların açıqladığı məlumata görə, təxminən 22 ton qabıqlı meşə fındığının Azərbaycana hansı ölkədən gətirildiyi bilinmir.
Elnur Əli