“HƏMAS silahlarını yerə qoymalı” − Mahmud Abbas


Ramallahdakı Fələstin Milli Administrasiyası (PNA) Qəzza zolağında idarəetmə və təhlükəsizlik üçün tam məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Yeniavaz.com xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Bir daha təsdiq edirik ki, Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz hissəsidir və biz idarəçiliyi öz üzərinə götürməyə və orada təhlükəsizliyi qorumağa hazırıq”, - Abbas deyib. 
Prezidentin sözlərinə görə, HƏMAS və digər radikal qruplar inteqrasiya prosesinin bir hissəsi kimi silahlarını yerə qoymalı və onları PNA orqanlarına təhvil verməlidir:
“Qəzza zolağının İnzibati Komitəsinə Fələstin hökumətinin onun İordan çayının qərb sahili ilə birləşməsinə cavabdeh olan naziri rəhbərlik edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top