
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibə bitdikdən sonra ölkəni idarə etmək planları yoxdur.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “The Axios Show” verilişində danışıb.
Ukrayna Prezidenti, atəşkəs əldə olunarsa, seçkilərin təşkili xahişi ilə Ukrayna parlamentinə müraciət edəcəyinə söz verib.
Müharibə bitdikdən sonra işini bitmiş hesab edib-etməyəcəyini soruşduqda, Zelenski istefaya “hazır” olacağını bildirib:
“Məqsədim müharibəni bitirməkdir, prezidentliyə davam etmək deyil”.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti və ölkə konstitusiyası müəyyən problemlər yaradır, lakin o, seçkilərin mümkün olduğuna inanır.