Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Son günlər paytaxt küçələrində qoz satışının artdığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, kiloqramı 5 manata satılan qozların hansı ölkədən gətirildiyi barədə satıcılar müxtəlif versiyalar səsləndirirlər.
Rəsmi məlumatlara görə, bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 1 milyon 976,6 min dollar dəyərində 1 154,4 ton qabıqlı qoz, 10 milyon 886 min dollar dəyərində 2 min 315,2 ton qabığı təmizlənmiş (ləpə) qoz idxal edilib.
Apardığımız hesablama göstərir ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının orta gömrük dəyəri 2 manat 90 qəpik (1,7 dollar), qoz ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri isə 8 manat (4,7 dollar) olub.
Azərbaycan qabıqlı qozu aşağıdakı ölkələrdən idxal edib:
Ukrayna – 365,28 ton (1 kiloqramının gömrük dəyəri 2,22 manat);
Özbəkistan – 293,82 ton (2,48 manat);
Çin – 171,06 ton (4,11 manat);
Rusiya – 164,53 ton (2,22 manat);
Qırğızıstan – 66 ton (2,21 manat);
Çili – 58,95 ton (6,79 manat);
Gürcüstan – 20,82 ton (6,69 manat);
Argentina – 13,98 ton (5,48 manat).


Azərbaycan qoz ləpəsini aşağıdakı ölkələrdən idxal edib:
Özbəkistan – 1 328,15 ton (1 kq.-ın gömrük dəyəri 7,92 manat);
Qırğızıstan – 568,18 ton (7,51 manat);
Ukrayna – 280,56 ton (8,13 manat);
Çin – 98 ton (8,45 manat);
ABŞ – 38,12 ton (14,92 manat);
Çili – 1,54 ton (21,08 manat);
İran – 0,62 ton (9,35 manat);
Almaniya – 0,01 ton (44,2 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top