Bakı sakinləri mağazalarda 1 252, rayonlarda yaşayanlar isə 268 manat xərcləyirlər?


Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 23 milyard 554,6 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatları üçün 12 milyard 955,8 milyon manat, qeyri-ərzaq malları üçün isə 10 milyard 598,8 milyon manat xərclənib.
Məlumat üçün bildirək ki, Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ölkə üzrə qeydə alınan ümumi göstəricinin 58,3%-ni təşkil edib. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 40,4 milyard manat olub.
Onu da qeyd edək ki, bu ilin əvvəlinə olan rəsmi məlumatlarda Azərbaycan əhalisinin 10 milyon 224,9 min nəfər olduğu bildirilir və onların 23%-nin və ya 2 milyon 351,3 min nəfərinin Bakıda yaşadığı göstərilir.
Rəsmi açıqlamalardan belə görünür ki, Bakı şəhərində adambaşına düşən aylıq pərakəndə ticarət dövriyyəsi 1 252 manat, digər regionlarda isə 268 manat olub.
Xatırladaq ki, iki göstərici arasında 5 dəfəyə yaxın fərqin olmasını əksər ekspertlər Bakı şəhərində əhalinin sayının rəsmi statistikada düzgün göstərilməməsi ilə əlaqələndirirlər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top