Ardanın ötürməsi, Mbappenin qolu və “Real”ın qələbəsi – Video


İspaniya çempionatının 6-cı turunda ikinci pillədə qərarlaşan “Real Madrid” səfərdə “Levante”nin qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda 4:1 hesabı ilə qalib gəlib.
28-ci dəqiqədə “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior hesabı açıb. 38-ci dəqiqədə argentinalı yarımmüdafiəçi Franko Mastantuono qonaqların fərqini ikiyə çatdırıb.
54-cü dəqiqədə “Levante” hesabdakı fərqi azaltmağı bacarsa da, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe 64 və 66-cı dəqiqələrdə iki qola imza atıb. Onun vurduğu ikinci qolun ötürməsini isə Türkiyə millisinin gənc ulduzu Arda Gülər edib.
Qeyd edək ki, “Real Madrid” 6 qələbədən sonra turnir cədvəlinə başçılıq edir, “Levante” isə 4 xalla 16-cıdır.

DİGƏR XƏBƏRLƏR

Top