
“Təəssüf ki, HƏMAS ağlabatan sülh təkliflərini dəfələrlə rədd edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp danışıb.
O, Qəzza zolağında müharibəni dərhal dayandırmağa və HƏMAS-ın əlində olan bütün girovları azad etməyə çağırıb:
“İndi, sanki münaqişənin davam etməsini təşviq edən kimi, BMT-nin bəzi üzvləri Fələstin dövlətini birtərəfli qaydada tanımağa çalışırlar. HƏMAS terrorçularının vəhşiliklərinə görə mükafatı çox böyükdür. Bu, 7 oktyabr hadisələri də daxil olmaqla, bu dəhşətli vəhşiliklərin mükafatı olardı”.
Trampın fikrincə, HƏMAS-a güzəştə getmək əvəzinə, beynəlxalq ictimaiyyət vahid mesaj arxasında birləşməlidir:
“İndi girovları azad edin, sadəcə girovları azad edin. Biz Qəzzada müharibəni dərhal dayandırmalıyıq. Dərhal danışıqlara başlamalıyıq. Sülh üçün danışıqlar aparmalıyıq”.
Xatırladaq ki, BMT Baş Assambleyası ərəfəsində bir neçə ölkə, o cümlədən Böyük Britaniya, Fransa, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətçiliyini tanıdıqlarını elan ediblər. Ümumilikdə, Fələstini indi BMT-yə üzv olan 193 dövlətdən 145-dən çoxu tanıyıb.