
ABŞ Prezidenti Donald Tramp Amerika antifaşist hərəkatını (“Antifa”) terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq sənədi Ağ Evin mətbuat xidməti yayıb.
“Antifa” açıq şəkildə ABŞ hökumətini, hüquq-mühafizə orqanlarını və hüquq sistemini devirməyə çağıran militarist, anarxist təşkilatdır”, - sərəncamda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, bu qərar “Antifa” tərəfindən siyasi fəaliyyəti yatırmaq, qanunu və asayişi pozmaq üçün istifadə etdiyi iddia edilən “siyasi zorakılıq modeli” ilə bağlıdır.
Qeyd edək ki, sentyabrın 18-də Tramp “Antifa” hərəkatını terrorçu elan edəcəyini açıqlayıb və onları maliyyələşdirənləri araşdırmaqla hədələyib.
Xatırladaq ki, ABŞ-dəki “Antifa” hərəkatı vahid mərkəzləşdirilmiş təşkilat deyil. Termin anarxist inanclara sadiq olan şəxsləri təsvir etmək üçün istifadə olunur.