
Yazıçı Mixail Şoloxovun kiçik qızı Mariya 88 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.
Mariya Mixaylovna Şoloxova 3 yanvar 1938-ci ildə Rostov vilayətinin Veşenskaya kəndində anadan olub. Şoloxov uşaqları kənddə böyüyüb, orta məktəbdə oxuyublar. Şoloxovlar ailəsinin dörd övladı var idi: Svetlana, Aleksandr, Mixail və Mariya. Aleksandr 1990-cı ildə, Mixail 2013-cü ildə, Svetlana isə 2025-ci ildə dünyasını dəyişib.