Aziz Yıldırımın həmin sözləri yenidən gündəm oldu – Video


Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış iş adamlarından Sadettin Saran 2018-ci ildən etibarən kluba rəhbərlik edən Ali Koçu seçkilərdə məğlub edib və “Fənərbağça”nın növbəti prezidenti olub.
Yeniavaz.com
xəbər verir ki, səsvermədən sonra sosial şəbəkələrdə Aziz Yıldırımın 2018-ci ildə baş tutan seçkilərdə azarkeşlərə dediyi söz paylaşılıb.
Həmin vaxt A. Yıldırım onun əleyhində şüarlar səsləndirən azarkeşlərə müraciəti zamanı gələcəkdə arzuolunmaz nəticələr barədə xəbərdarlıq etmişdi.
“Bu kluba görə həbs olundum. Özünüzə gəlin. Mən bu kluba 20 il xidmət etdim və uşağımın alimentini də oraya ödədim. Gələcəkdə peşman olaraq buradan gedərsiniz. Gəlin bir-birimizə hörmətlə yanaşaq!”

Qeyd edək ki, A. Koçun prezidentlik dövrü azarkeşlərin əksəriyyəti tərəfindən uğursuz kimi qiymətləndirilir. Belə ki, onun 7 illik prezidentliyi dövründə idman klubunun futbol komandası Superliqada çempion ola bilməyib. “Sarı-lacivərtlilər” bu dövrdə bir dəfə Türkiyə kubokunu qazanıb ki, bu, Ali Koçun rəhbərliyi zamanı futbol komandasının əldə etdiyi yeganə uğur hesab olunur.
Sosial şəbəkələrdə A. Yıldırımın görüntülərini paylaşan “Fənərbağça” azarkeşləri onun haqlı çıxdığını bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top